...

Azərbaycanın müxalif "Qarabağ", "İnsan naminə" və "Demokratiya" seçki blokları qeydə alınması üçün MSK-ya müraciət edib

Siyasət Materials 8 Sentyabr 2010 16:51 (UTC +04:00)
Azərbaycanın müxalif "Qarabağ", "İnsan naminə" və "Demokratiya" seçki blokları qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.
Azərbaycanın müxalif "Qarabağ", "İnsan naminə" və "Demokratiya" seçki blokları qeydə alınması üçün MSK-ya müraciət edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müxalif "Qarabağ", "İnsan naminə" və "Demokratiya" seçki blokları qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət ediblər. Bu barədə MSK-nın çərşənbə günü keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov məlumat verib.

Azərbaycanın müxalifət partiyalarını özündə birləşdirən 5-ci seçki bloku yaradılıb.

Pənahov həmçinin bildirib ki, sentyabrın 9-dan televiziyalarda parlament seçkisi ilə bağlı reklam çarxları yayımlanacaq.

Milli Məclisə seçkilər noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistem üzrə aparılır.

Xəbər lenti

Xəbər lenti