Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif "AXCP-Müsavat" seçki blokunun sənədləri qeydiyyat üçün MSK-ya təqdim olunub. Bu barədə cümə günü Trend-ə Müsavat Partiyasının seçki departamentinin müdiri Gülağa Aslanlı məlumat verib.
Azərbaycanın müxalif Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının sədrləri sentyabrın 8-də qarşıdan gələn parlament seçkilərində birgə iştirak etmək üçün "AXCP-Müsavat" adlı seçki blokunun yaradılması ilə bağlı saziş imzalayıblar. Hər iki partiya seçkilərdə birgə iştirakla bağlı 90 vahid namizəd müəyyənləşdiriblər.
Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.