...

Aşağı seçki komissiyalarının üzvləri namizədlərə süni maneələr yaradarsa qanuni şəkildə cəzalanacaq – MSK sədri

Siyasət Materials 4 Oktyabr 2010 19:41 (UTC +04:00)
Aşağı seçki komissiyalarının üzvləri namizədlərə süni maneələr yaradarsa qanunun tələb etdiyi formada cəzalanacaqlar. Bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Mərkəzi seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Aşağı seçki komissiyalarının üzvləri namizədlərə süni maneələr yaradarsa qanuni şəkildə cəzalanacaq – MSK sədri

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Т. Hacıyev/

Aşağı seçki komissiyalarının üzvləri namizədlərə süni maneələr yaradarsa qanunun tələb etdiyi formada cəzalanacaqlar. Bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
 
"Aşağı seçki komissiya üzvlərinə heç vaxt layiq görmərəm ki, o cür addımlar atsınlar və o cür addımlar atılmasını bilsəm, şəxsən o şəxsin qanunun tələbləri çərçivəsində çox ciddi cəzalandırılmasını tələb edərəm," - Pənahov əlavə edib.
 
Pənahov deyib ki, MSK-ya daxil olan bütün müraciətlər üç gün ərzində müzakirəyə çıxarılır.
 
"Komissiyanın bütün iclaslarında KİV də iştirak edir. Bizim ictimaiyyətdən kənar hər hansı fəaliyyətimiz yoxdur. Hətta əhəmiyyətsiz müraciəti belə tam çılpaqlığı ilə ictimaiyyətə çatdırırıq ki, heç kəsdə şübhə qalmasın ki, kimsə nəyisə cəmiyyətdən gizlətməyə çalışır," - o bildirib.
 
MSK sədrinin sözlərinə görə namizədlərə imza vərəqlərinin paylanılmasında da problemlər yoxdur.
 
"Imza vərəqələrinin çatışmazlığı ilə bağlı problem yoxdur. Biz 400 imzaya qarşı 600 və ya 700-lük imza vərəqəsi veririk. Kimsə tələb etsə, çox da verilə bilər. 1400-ə yaxın imza vərəqəsi paylanılıb. Burada kiminsə imza toplamasında müəyyən problem də ola bilər." - Pənahov vurğulayıb.
 
Azərbaycanın Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdir. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti