...

Azərbaycanda 1411 nəfər deputat olmaq niyyətindədir

Siyasət Materials 6 Oktyabr 2010 17:51 (UTC +04:00)
Bu günədək 392 nəfər Azərbaycanda parlament seçkilərində namizəd kimi qeydiyyata alınıb.
Azərbaycanda 1411 nəfər deputat olmaq niyyətindədir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bu günədək 392 nəfər Azərbaycanda parlament seçkilərində namizəd kimi qeydiyyata alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü Komissiyanın iclasında bildirib.

"Dairə seçki komissiyalarına Azərbaycanda parlament seçkilərində deputat mandatı uğrunda mübarizəyə hazır olan 1411 namizəd müraciət edib, onlardan 1369 nəfəri MSK-dan imza vərəqələri alıb", - Pənahov bildirib.

Azərbaycan Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdi. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Bu günədək MSK seçkilərin gedişini izləmək üçün 973 yerli müşahidəçini qeydiyyata alıb.

Siyasi partiya və bloklardan 2088 müşahidəçi dairə seçki komissiyalarına müraciət edib.

Xəbər lenti

Xəbər lenti