...

BMT Türkmənistana dövlət sərhədlərinin qeyri-leqal miqrasiyadan və terrorizm hədələrindən mühafizəsində yardım edir

Siyasət Materials 8 Oktyabr 2010 14:10 (UTC +04:00)
BMT Aİ ilə birlikdə Türkmənistanda qeyri-leqal miqrasiyadan, qaçaqmalçılıqdan, narkotiklərin və silahların qanunsuz dövriyyəsindən, eləcə də terrorizmin hədələrindən qorunmaqda dövlət sərhədlərinin mühafizəsinin effektivliyini artırmaq məqsədilə yerli sərhədçilərin ixtisasının artırılmasına əhəmiyyətli töhfə verir. Bu barədə Aşqabadda BMT İnkişaf Proqramının (BMTİP) daimi nümayəndəsi Lenni Montiel bildirib.
BMT Türkmənistana dövlət sərhədlərinin qeyri-leqal miqrasiyadan və terrorizm hədələrindən mühafizəsində yardım edir

Türkmənistan, Aşqabad, 8 oktyabr /Trend, müxbir H.Həsənov/

BMT Aİ ilə birlikdə Türkmənistanda qeyri-leqal miqrasiyadan, qaçaqmalçılıqdan, narkotiklərin və silahların qanunsuz dövriyyəsindən, eləcə də terrorizmin hədələrindən qorunmaqda dövlət sərhədlərinin mühafizəsinin effektivliyini artırmaq məqsədilə yerli sərhədçilərin ixtisasının artırılmasına əhəmiyyətli töhfə verir. Bu barədə Aşqabadda BMT İnkişaf Proqramının (BMTİP) daimi nümayəndəsi Lenni Montiel bildirib.

BMT-nin məlumatında deyildiyi kimi, bu barədə Aşqabad yaxınlığındakı Yanbaş adlanan yerdə sərhədçilər üçün təmir olunmuş və avadanlıqlarla yenidən təchiz edilmiş tədris mərkəzinin istismara verilməsi mərasimi zamanı deyilib. Layihə Mərkəzi Asiyada sərhədlərin idarə olunmasına yardım üzrə Aİ-BMTİP proqramları çərçivəsində həyata keçirilib.

Mərasimdə Narkotiklərlə Mübarizə üzrə Dövlət Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Türkmənistanda akkreditə olunmuş Rumıniya, Almaniya, Polşa və ABŞ səfirliklərinin nümayəndələri iştirak ediblər.

İştirakçılara sinif otaqları, konfrans zalı, kitabxana, təlim meydanı və yeməkxana nümayiş olunub. Türkmənistanda Avropa evinin əlaqələndiricisi Teno Hensels qeyd edib ki, "Bu mərkəz peşəkar sərhədçilərin hazırlanması üçün baza olacaq. Bu mərkəz hazırda Aİ-BMTİP proqramlarının köməyi ilə yüksək texnologiyalardan istifadə etmək imkanına malikdir və onların peşə vərdişlərinin artırılması üçün daha böyük imkanlara malikdir".

Aİ-BMTİP proqramları çərçivəsində Mərkəzi Asiyada kadr potensialının artırılması, sərhədlərin idarə olunması sahəsində institusional islahatların təkmilləşdirilməsi üzrə texniki yardım göstərilir. Həmçinin, Mərkəzi Asiyada əsas ticarət marşrutlarının keçdiyi yollarda infrastrukturun möhkəmləndirilməsinin maliyyələşdirilməsi aparılır.

Türkmənistan son onillikdə qeyri-sabit vəziyyətin qorunub-saxlanıldığı Əfqanıstanla müəyyən uzunluğa malik sərhədə malikdir.

Xəbər lenti

Xəbər lenti