...

İran Agentlik qarşısında öz öhdəliklərini əvvəlki kimi ciddi şəkildə pozur – ABŞ-ın BAEA-dakı səfiri

Siyasət Materials 12 Oktyabr 2010 12:55 (UTC +04:00)
İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) qarşısında öz öhdəliklərini ciddi şəkildə pozması və onunla tam əməkdaşlığın olmaması Agentliyə İranın nüvə proqramının sülh xarakterli olmasını təsdiq etməyə imkan vermir. ABŞ-ın BAEA-dakı səfiri Qlin Devis belə hesab edir.
İran Agentlik qarşısında öz öhdəliklərini əvvəlki kimi ciddi şəkildə pozur – ABŞ-ın BAEA-dakı səfiri

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Konyaeva/

İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) qarşısında öz öhdəliklərini ciddi şəkildə pozması və onunla tam əməkdaşlığın olmaması Agentliyə İranın nüvə proqramının sülh xarakterli olmasını təsdiq etməyə imkan vermir. ABŞ-ın BAEA-dakı səfiri Qlin Devis belə hesab edir.

"BAEA-nın dəfələrlə verdiyi məlumatlara görə, İran əvvəlki kimi öz öhdəliklərini ciddi şəkildə pozur və təkcə İranın mümkün nüvə proqramının hərbi tərkib hissəsini aydınlaşdırmaq üçün deyil, eləcə də uranın zənginləşdirilməsi üzrə daim öz proqramının genişləndirilməsi ilə bağlı olan informasiyanı Agentliyə verməkdən imtina edir", - Devis Trend-ə eksklüziv müsahibəsində bildirib.

İranın nüvə proqramı 2003-cü ildə BAEA-ya onun gizli fəaliyyəti məlum olduğu zaman təşvişə səbəb olub. 2003-cü ilin sonunda İran Nüvə silahının yayılmaması haqqında Müqaviləyə Əlavə protokolu imzalayıb və könüllü şəkildə uranın zənginləşdirməsi üzrə işləri dayandırdığını elan edib. Ancaq daha sonra bu fəaliyyətə yenidən qayıdıb.

Zənginləşdirilmiş uran nüvə silahının istehsalı üçün istifadə oluna bilər. Bununla belə, zənginləşdirilmiş uran atom elektrik stansiyaları üçün yanacaq kimi lazımdır. Bir sıra dövlətlər, həmçinin ABŞ əmindirlər ki, İran nüvə silahının yaradılmasına can atır və hadisələrin belə inkişafının qarşısını almağı tələb edirlər.

Uranın zənginləşdirilməsini dayandırmaq tələbinə Tehranın rədd cavabı müqabilində BMT-nin Təhlükəsizlik Şurası sanksiyalar tətbiq edib. Lakin İran iddia edir ki, Nüvə silahının yayılmaması haqqında Müqavilənin iştirakçısı kimi, nüvə texnologiyalarından sülh məqsədləri üçün tam istifadə hüququna malikdir.

Devis hesab edir ki, İranın BAEA-nın hərbi nüvə tədqiqatları və gizli saxlanılan nüvə obyektləri ilə bağlı sualına aydın cavablar verməkdən, bəzi hallarda isə heç olmasa cavabların bir qismini təqdim etməkdən imtina etməsi, Agentliyə İranın nüvə proqramının bütün aspektlərinin sülh məqsədləri üçün olduğunu təsdiq etməyə imkan vermir.

BAEA-nın baş direktoru Yukiya Amanonun son məruzəsində deyilir ki, "... Agentlik İranın keçmişdə və ya hazırda hərbi təşkilatların iştirakı ilə, o cümlədən raket istehsalı üçün nüvə inkişafının tərkib hissəsi olan fəaliyyəti ilə bağlı əvvəlki kimi narahatdır. Əlamətlər var ki, bu işlərdən bəziləri hətta 2004-cü ildən sonra da davam etdirilib".

Devisin fikrincə, ehtimal ki, 2003-cü ildə İranın Ümumi qəbul edilən zəmanətlər haqqında Sazişin 3.1-ci maddəsinə yenidən baxılmasına razılığı bildirir ki, İran qanuni əsaslarda yeni nüvə obyektləri haqqında qabaqcadan görülmüş xəbərdarlığı təmin etməyə məcburdur.

"İran Ümumi qəbul edilən zəmanətlər haqqında Sazişdə yer alan, lakin 3.1-ci maddədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyən, əhəmiyyətli dərəcədə nüvə fəaliyyətini həyata keçirən yeganə dövlətdir", - o deyib.

Devisin sözlərinə görə, İran Əraqda tikdirdiyi ağır sular reaktorunun sənaye nümunələrini və ya onun Darxovində tikməyi planlaşdırdığı AES haqqında vacib məlumatı təqdim etməyib.

"Qumdakı uranın zənginləşdirməsi üzrə "Fordo" zavoduna gəlincə, İran bu obyektin tikintisinin tam anlayışı və xronologiyası haqqında ilkin layihə sənədlərini və ya zavodun tikintisində iştirak edən şirkətlərə informasiyanı verməkdən əvvəlki kimi imtina edir", - o qeyd edib.

Əraqdakı ağır su istehsalı zavodunda plutonium istehsal edilir. O, nüvə silahının istehsalı üçün istifadə oluna bilər.

Hələ 2008-ci ilin başlanğıcında elan edildi ki, İran tezliklə gücü 300 meqavat təşkil edəcək "Darxovin" atom elektrik stansiyasının tikintisinə başlayacaq.

Tehran Qum şəhəri yaxınlığında uranın zənginləşdirməsi üzrə ikinci zavodun mövcudluğu haqqında (birinci zavod Nətənzdə yerləşir) BAEA-nı yalnız 2009-cu ilin sentyabrında məlumatlandırmışdı. Noyabrın 27-də BAEA-nın İdarəedicilər Şurası İranın bu zavodu gizli tikməsini pisləyən bəyannaməni təqdir edib. BAEA-nın bəyannaməsi ilə təsdiq edilir ki, Tehran bu obyektin tikintisinə başlamaqla və Agentliyi bu barədə vaxtında xəbərdar eməməklə, öz öhdəliklərini pozub.

"Demək olar ki, otuz ildən sonra İran BAEA ilə razılaşmanı pozduğuna görə beynəlxalq ictimaiyyətlə etibarı qurmağa və onu İranın nüvə proqramının sülh məqsədləri üçün nəzərdə tutulduğuna inandırmağa məcburdur", - Devis deyib.

Səfirin sözlərinə görə, Birləşmiş Ştatlar və başqa ölkələr etibarın möhkəmləndirilməsi üzrə tədbirləri dəstəkləyirlər, lakin İran onlardan istifadə etməyib.

"Ötən ilin oktyabrında ABŞ BAEA-nın tibbi izotopların da istehsal olunduğu Tehran tədqiqat reaktorunun öz fəaliyyətini davam etdirməsi üçün yanacaqla təmini üzrə təkliflərini dəstəkləyib, - Devis bildirib. - Bu təklif İran xalqının humanitar ehtiyaclarının təmin olunmasına yönəlib və sonrakı dialoqa imkan verən inamın möhkəmlənməsinə xidmət edəcək tədbir kimi olub, lakin İran bu təklifi qəbul etmədi".

2009-cu ilin oktyabrında BAEA-nın vasitəçiliyi ilə beynəlxalq ictimaiyyətin narahatlıq mənbəyi hesab edilən İranda olan az zənginləşdirilmiş uranın (3,5 faiz), demək olar, 20 faizədək zənginləşdirilməsi üçün Rusiyaya, sonradan Tehran reaktorunda istifadə üçün İrana qaytarılacaq yanacaq istehsalı məqsədilə Fransaya ixrac edilməsini nəzərdə tutan plan təklif edilib. Lakin Tehran bildirib ki, daha çox zənginləşdirilmiş uran almağa və ya mübadilənin sinxron və İran ərazisində baş tutacağı şərti ilə öz ehtiyatları ilə dəyişməyə hazırdır.

BAEA-nın təşəbbüslərinə əsasən, İrana tədarükü planlaşdırılan xarici nüvə yanacağı üçün yekun material Nətənzdəki müəssisədə hazırlanan 1,2 ton "nou-hau" olmalı idi ki, bu da İranda olan ehtiyatların 80 faizini təşkil edirdi (ekspertlərin hesablamalarına görə, 1500 kq). BAEA-nın baş direktorunun may məruzəsində qeyd edilib ki, İran 4,8 faizə qədər zənginləşdirilmiş 2427 kq uran əldə edib, lakin son məruzədə 2800 kq rəqəmi göstərilib.

Devisin sözlərinə görə, BAEA-nın baş direktoru Yukiya Amano və onun sələfi Məhəmməd əl-Baradeyi BAEA-nın İdarəedicilər Şurasına dəfələrlə bildiriblər ki, Agentlik İran İslam Respublikasında nüvə fəaliyyətinin olmasını, İran Əlavə protokolu həyata keçirməyənə qədər, yoxlamamaq iqtidarında deyil.

"BAEA-nın hesabatları İranın öz beynəlxalq öhdəliklərini yerinə yetirməmək istəyini nümayiş etdirməkdə davam etməsini və Agentliklə, o cümlədən Ümumi qəbul edilən zəmanətlər haqqında Sazişə münasibətdə əməkdaşlığın yoxluğunun tam detallarını özündə əks etdirir, - o qeyd edib. - İran BAEA ilə tam və şəffaf əməkdaşlıq etməlidir. Biz hesab edirik ki, Əlavə protokol ilə Ümumi qəbul edilən zəmanətlər haqqında Saziş yoxlamanın hamının qəbul etdiyi norması olmalıdır".

1993-1997-ci illərdə BAEA və hər bir ölkə arasında fərdi şəkildə imzalanan Nüvə silahının yayılmaması haqqında Müqaviləyə Əlavə protokol hazırlandı.  Sənəddə qeyd olunur ki, BAEA müfəttişlərinin getmək istədikləri yerlərə daha azad giriş təmin olunsun.

Bundan başqa, dövlətlər yeni nüvə obyektlərinin tikintisinə dair sənədləri hələ onların layihələşmə mərhələsində olan zaman təqdim edəcəkləri ilə bağlı öz üzərilərinə öhdəlik götürürlər. BAEA-da şübhələrin yaranacağı təqdirdə, elan edilməyən yoxlamaların keçirilməsinə imkan verilir.

2006-cı ilin fevralında İran Prezidenti Mahmud Əhmədinejad Əlavə protokolun icrasını dayandırmaq barədə əmr verib.

İranın 1973-cü ildə imzaladığı Ümumi qəbul edilən zəmanətlər haqqında Saziş hər hansı dövlətdə sülh nüvə fəaliyyətində bütün nüvə materialına zəmanətlərin tətbiqi haqqında sənəddir.

BAEA müfəttişlərinin İrana girişinə son qadağaya gəlincə, Devis güman edir ki, BAEA müfəttişləri öz hesabatlarında vəzifələrini yerinə yetirən zaman gördüklərini deməkdə sərbəst olmalıdırlar.

"İranın bu addımı həyəcan siqnalına səbəb olur və İranın müfəttişləri qorxutmağın çoxdankı təcrübəsinin son nümunəsidir, - o deyib. - İran BAEA ilə əməkdaşlığın səviyyəsini azaltmaqla və ya ona öz nəticələri haqqında bildirmək imkanını verməməklə, öz nüvə proqramı barəsində dünya ictimaiyyətinin daha çox narahatlığına səbəb olur".

İyunda İran BAEA-nın iki müfəttişinin ölkəyə giriş hüququnu rədd edib. İran Xarici İşlər Nazirliyinin rəhbəri Mənuçöhr Müttəki deyib ki, "İranda persona-non-qrata elan edilən müfəttişlər "İranın nüvə proqramı haqqında səhv məlumatlar veriblər" və "vaxtından əvvəl rəsmi informasiyanı elan ediblər". BAEA buna cavab olaraq, öz müfəttişlərinin peşəkarlığına və qərəzsizliyinə tam əminliyini bildirən bəyanatla çıxış edib.

Devisin sözlərinə görə, BAEA-nın baş direktoru təsdiq edib ki, İranın Agentliyin təcrübəli müşəttişlərinə qarşı hərəkətləri yoxlama prosesinə mane olur və Agentliyin İranda zəmanətləri həyata keçirmək imkanını azldır.

"Bu, İranın beynəlxalq ictimaiyyət qarşısında öz öhdəliklərini yerinə yetirməkdən yayındığı üçün sonradan məzəmmətə səbəb olmasının daha bir nümunəsidir", - o deyib.

Xəbər lenti

Xəbər lenti