...

Rusiya Qırğızıstan uşaqlarına yardım üçün milyon dollar ayırıb

Siyasət Materials 14 Oktyabr 2010 15:10 (UTC +04:00)
Rusiya hökuməti Qırğızıstan uşaqlarına yardım etmək üçün BMT-nin Uşaq Fonduna (UNİSEF) milyon dollar yardım ayırıb. Bu barədə təşkilatdan verilən məlumatda deyilir.
Rusiya Qırğızıstan uşaqlarına yardım üçün milyon dollar ayırıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E.Ostapenko/

Rusiya hökuməti Qırğızıstan uşaqlarına yardım etmək üçün BMT-nin Uşaq Fonduna (UNİSEF) milyon dollar yardım ayırıb. Bu barədə təşkilatdan verilən məlumatda deyilir.

"Rusiya üçün donor-ölkə kimi bu addım onun qlobal problemlər, xüsusilə, çətin vəziyyətdə olan uşaqlara yardım göstərməklə bağlı məsələlərin həllində ən fəal iştirakının sübutudur", - bu barədə UNİSEF-in Rusiyadakı nümayəndəliyindən verilən məlumatda deyilir.

Hazırda etnik zorakılıq partlayışını yaşayan Qırğızıstanda yarım milyondan çox uşağın yardıma ehtiyacı var. Bu barədə BMT-nin məlumatında deyilir.

UNİSEF uşaqların təmiz içməli su, ərzaq, çadır, yorğan, isti paltarla təmin edilməsi üçün bütün imkanları yaradır; həmçinin, uşaqların təhsilini davam etdirməsi üçün müvəqqəti məktəblər təşkil edir. Hələ ki bu məqsədlər üçün BMT-nin Uşaq Fondu tərəfindən lazımi  vəsaitin yarısı toplanıb.

Xəbər lenti

Xəbər lenti