...

Gürcüstan Prezidenti və Azərbaycanın xarici işlər naziri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Siyasət Materials 15 Oktyabr 2010 20:17 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Avaabaridəki iqamətgahında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib.
Gürcüstan Prezidenti və Azərbaycanın xarici işlər naziri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Avaabaridəki iqamətgahında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. Bu barədə Trend-ə Gürcüstan Prezidentinin mətbuat xidmətindən bildiriblər. Görüş bağlı qapılar arxasında keçirilib.

Mətbuat xidmətinin məlumatına görə, Mixail Saakaşvili və Elmar Məmmədyarov ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gürtcüstan Prezidenti bu münasibətlərin dinamikasından razı qaldığını bildirib, Gürcüstan və Azərbaycan xalqlarının dostluq və əməkdaşlığının nümunəvi olduğunu qeyd edib.

Tərəflər həyata keçirilən bəzi birgə layihələrin gedişini də müzakirə ediblər və onların uğurla başa çatacağına əminliklərini ifadə ediblər.

Gürcüstan Prezidenti və Azərbaycanın xarici işlər naziri regional təhlükəsizliyin strateji məsələlərini də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti