...

Azərbaycan Mərkəzi Seçki Komissiyası müşahidəçilər üçün yaddaş kitabçası nəşr etdirib (FOTO)

Siyasət Materials 16 Oktyabr 2010 12:39 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərini müşahidə etmək istəyən şəxslər üçün yaddaş kitabçası nəşr etdirib.
Azərbaycan Mərkəzi Seçki Komissiyası müşahidəçilər üçün yaddaş kitabçası nəşr etdirib (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərini müşahidə etmək istəyən şəxslər üçün yaddaş kitabçası nəşr etdirib. Bu barədə şənbə günü MSK-nını mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Yaddaş kitabçasında müşahidə aparılması prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

"Müşahidəçilər üçün yaddaş" kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq nəşr edilib.

Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti