...

ATƏT-in DTİHB müşahidə missiyası Azərbaycanda seçkiqabağı vəziyyət haqqında aralıq hesabatını açıqlayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 Oktyabr 2010 15:28 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyası Azərbaycanda seçkiqabağı vəziyyət haqqında aralıq hesabatını açıqlayıb.
ATƏT-in DTİHB müşahidə missiyası Azərbaycanda seçkiqabağı vəziyyət haqqında aralıq hesabatını açıqlayıb (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: beşinci abzasdan sonra ətraflı məlumat əlavə olunub

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir S.Ağayeva/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyası Azərbaycanda seçkiqabağı vəziyyət haqqında aralıq hesabatını açıqlayıb.

Hesabatda bildirilir ki, Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Parlament seçkilərinə aktiv hazırlıq aparır: "MSK çoxsaylı təlimatlar hazırlayıb, seçki komissiyalarının üzvləri üçün müxtəlif treninqlər keçirilir. Bu treninqlərin ilk mərhələsi iyulda keçirilib; ikinci mərhələyə isə oktyabrın əvvəllərində start verilib. MSK-nın iclasları KİV nümayəndələri və müşahidəçilər üçün açıqdır. İclasın gündəliyi əvvəldən açıqlanır, qəbul olunan qərarlar dövlət kütləvi informasiya vasitələri və MSK-nın saytı vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır".

Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Missiya ölkədəki Parlament seçkilərində bütün əsas siyasi partiyaların iştirakını müsbət qiymətləndirir.

Nümayəndə heyəti qadınların Azərbaycanın siyasi həyatında kifayət qədər iştirak etməməsini təəssüflə qeyd edir. "Azərbaycanda bir neçə görkəmli siyasətçi qadının olmasına baxmayaraq, onlardan heç biri siyasi partiyaların sədri deyil. Bu seçkilərdə nominallaşdırılmış qadın namizədlərin 13 faizi qeydiyyatdan keçib", - məruzədə deyilir.

Hakim Yeni Azərbaycan Partiyası 2005-ci illə müqayisədə qadın namizədlərin sayını xeyli, 12-dən 19-dək artırıb", - məruzədə qeyd olunub. - "Lakin müşahidəçilər müxalifətdən Parlamentdə yer tutmaq üçün qadın namizədlərin az olmasını qeyd edirlər. AXCP-Müsavat blokundan bu alyansın irəli sürdüyü 91 nominallaşdırılmış namizəddən yalnız beş qadın deputat kreslosu uğrunda mübarizə aparacaq", - məruzədə deyilir.

Seçkiqabağı dövr siyasi partiyaların nəzərəçarpacaq fəaliyyətinin olmaması ilə xarakterizə edilir və bəzən bu, müxalifətin məhdud maliyyə resursları səbəbindən baş verir.

"Televiziyadan fərqli olaraq, KİV nəşriyyatı daha rəngarəngdir; belə ki, onların arasında müxalif və müstəqil nəşrlər var", - sənəddə vurğulanır.

Məruzədə missiyanın namizədlərin qeydiyyata alınması, seçici siyahılarının hazırlanması, seçki ilə bağlı seçicilərin maarfləndirilmə məsələsi üzrə qiymətləndirməsi öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti