...

Azərbaycanın Rabitə Nazirliyi Parlament seçkilərində səsvermənin gedişinin şəffaflığını təmin edəcək

Siyasət Materials 22 Oktyabr 2010 14:43 (UTC +04:00)
Azərbaycanın seçki komissiyaları Parlament seçkiləri dövründə fasiləsiz telefon rabitəsi və İnternet şəbəkəsinə çıxışla təmin ediləcəklər. Bu barədə cümə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Azərbaycan regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı bildirib.
Azərbaycanın Rabitə Nazirliyi Parlament seçkilərində səsvermənin gedişinin şəffaflığını təmin edəcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir H.Vəliyev /

Azərbaycanın seçki komissiyaları Parlament seçkiləri dövründə fasiləsiz telefon rabitəsi və İnternet şəbəkəsinə çıxışla təmin ediləcəklər. Bu barədə cümə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Azərbaycan regionlarının investisiya potensialı: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı bildirib.

Məmmədovun sözlərinə görə, seçki prosesinin şəffaflığının təmin olunması üçün bəzi seçki məntəqələrində Web-kameralardan istifadə olunacaq. Səsvermənin gedişini online rejimdə izləmək mümkün olacaq ki, bu da seçicilərə seçki məntəqələrindən daxil olan nəticələri interaktiv izləmək imkanı verəcək.

Hər bir seçki məntəqəsindən məlumat dairə seçki komissiyalarına, daha sonra isə "Seçkilər" məlumat şəbəkəsi mərkəzinə daxil olacaq.

Səsvermə prosedurunun avtomatlaşdırılması üçün Milli Məclisdə səsvermə sisteminin avtomatlaşdırılması üçün yaradılan "Seçkilər" dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə olunacaq.

Proqram təminatı iki moduldan ibarətdir. Birincisi, dairə seçki komissiyalarının informasiya məntəqələri üçün, ikincisi, informasiya mərkəzində administratorun iş yerinin avtomatlaşdırılması üçün. Sistemin əsas funksiyaları bunlardır: səsvermənin gedişinin əks olunması, protokolların kompüterin məlumat bazasına daxil edilməsi, deputatların və siyasi partiyaların adlarının daxil edilməsi, dairə seçki komissiyalarında protokollara yekun vurulması.

Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti