Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhəyana başsağlığı verib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ras əl-Xeyma Əmirliyinin hakimi Şeyx Saqr bin Məhəmməd əl-Qasiminin vəfatı xəbərindən son dərəcə kədərləndim. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" - başsağlığında deyilir.