...

Azərbaycanda parlament seçkilərində seçicilərin iştirakı 50,14 faiz təşkil edib (YENİLƏNİB-3)

Siyasət Materials 7 Noyabr 2010 21:42 (UTC +04:00)

RED. əlav.: "Seçkilər" İnformasiya Mərkəzinin məlumatı yenilənib

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda parlament seçkilərində seçicilərin iştirakı 50,14 faiz (2480205 seçici) təşkil edib. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası (MSK) yanında "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti