...

Azərbaycanda parlament seçkilərində 19 qadının qalib gəlməsi pis nəticə deyil - Dövlət Komitəsinin sədri

Siyasət Materials 11 Noyabr 2010 11:14 (UTC +04:00)
Azərbaycanda keçirilən parlament seçkilərində qadınların əvvəlki seçki ilə müqayisədə daha çox səs toplaması ölkə siyasətinin uğurlarından biridir.
Azərbaycanda parlament seçkilərində 19 qadının qalib gəlməsi pis nəticə deyil - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycanda keçirilən parlament seçkilərində qadınların əvvəlki seçki ilə müqayisədə daha çox səs toplaması ölkə siyasətinin uğurlarından biridir. Bunu cümə axşamı jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

"Azərbaycanda parlament seçkilərində 19 qadının qalib gəlməsi pis nəticə deyil", - Hüseynova deyib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib, 690 namizəd mübarizə aparıb.

Parlamentin əvvəlki tərkibində 14 qadın deputat var idi.

Xəbər lenti

Xəbər lenti