...

Barak Obama Azərbaycan Prezidentini Qurban bayramı münasibətilə təbrik edib

Siyasət Materials 13 Noyabr 2010 18:21 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Barak Obama Azərbaycan Prezidentini Qurban bayramı münasibətilə təbrik edib

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

"Qurban bayramı münasibətilə mənim və xanımım Mişelin Sizə və Azərbaycan xalqına olan ən xoş arzularına Amerika xalqı da qoşulur.
Ümid edirəm ki, bütün xalqlar Qurban bayramının təcəssüm etdirdiyi sədaqət və qurbanlıq ruhunu əziz tutacaq, bütün bəşəriyyət arasında sülh və xeyirxahlığa şəfqətlə və təmənnasız nail olmaq səylərini davam etdirəcəklər", - təbrik məktubunda deyilir.

Barak Obama Prezident İlham Əliyevə və Azərbaycan xalqına qarşıdakı ildə hədsiz xeyir-dua diləyib.

Xəbər lenti

Xəbər lenti