...

Qırğızıstanın yeni hökumətinin siyasəti çoxşaxəli olmalıdır - ekspert

Siyasət Materials 25 Noyabr 2010 09:00 (UTC +04:00)

Аzərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir V.Javoronkova/

Parlamentdə hakim koalisiyanın yaranmasından sonra formalaşacaq Qırğızıstanın yeni hökumətinin siyasəti çoxşaxəli olmalıdır. Mərkəzi Asiya üzrə avropalı ekspert Jana Kobzova belə hesab edir.

Qırğızıstanda parlament seçkilərinin keçirilməsindən bir aydan çox vaxt keçir, lakin parlamentdə hakim koalisiya hələ də formalaşmayıb. Respublikanın yeni konstitusiyasına görə, hökuməti formalaşdırmaq və Baş naziri təyin etmək parlament əksəriyyətinin səlahiyyətindədir.

Eks-prezident Kurmanbek Bakiyevin başçılıq etdiyi bundan əvvəlki qırğız rəhbərliyi bu ilin aprelində baş vermiş inqilab nəticəsində devrilib. Yayda keçirilən referendumla isə konstitusiyaya düzəlişlər, eləcə də Qırğızıstanda parlament idarəçiliyi sisteminə keçid təsdiqlənib.

Ekspert hesab edir ki, respublikanın yeni hökumətinin necə görünəcəyi və onun necə formalaşacağı barədə danışmaq hələ çox tezdir. Lakin bu hökumət üçün asan olmayacağı və xaricdən yardıma ehtiyacı olacağı artıq indidən aydındır.

"Qırğızıstanda hakimiyyət hansı hökumətin gəlişindən asılı olmayaraq, ölkənin üzləşdiyi bir sıra problemləri - istər yoxsulluq, istərsə də etnik gərginliyi nəzərə almaqla, bir çox "kələ-kötür" yolla irəliləməli olacaq", - Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının (ECFR) eksperti Kobzova elektron poçtla Trend-ə bildirib.

İyunda bütün ölkəni qırğızlar və özbəklər arasında etnik toqquşmalarla müşayiət olunan iğtişaşlar dalğası bürüyüb. Qarşıdurmalar nəticəsində xeyli sayda insan həlak olub, respublikada isə etnik qruplar arasında gərginlik hələ də mövcuddur.

Ekspertin sözlərinə görə, ölkə hökumətinin yekun formalaşması üzrə danışıqlar ölkədə mövcud olan problemlər üzündən ləngiyir. "Bundan əlavə, danışıqların axınına hər bir partiya sədrinin öz təşkilatını daha yaxşı nəticə ilə təmin etməyə çalışması, eyni zamanda, parlamentə keçə bilməyən siyasi qüvvələrin əvvəlki kimi seçkilərin və konstitusiyaya dəyişikliklərin nəticələrini tanımamaları da təsir edir", - Kobzova belə hesab edir.

Onun sözlərinə görə, yeni qırğız hökumətinin fəaliyyətində beynəlxalq dəstəyə ehtiyacı olacaq, onlara həm də beynəlxalq maliyyə proqramlarına daxil olmaq üçün xarici tərəfdaşların yardımı lazım olacaq.

"Ona görə də düşünürəm ki, hakimiyyət həm Rusiya, həm də ABŞ ilə yaxşı münasibətlər yaratmağa çalışır: hər iki dövlətin ölkədə hərbi iştirakı [ABŞ-ın Manas tranzit daşımalar mərkəzi və Rusiyanın Kant aviabazası] mövcuddur ki, onlar Qırğızıstan iqtisadiyyatı üçün az əhəmiyyət kəsb etmirlər [hər iki ölkə bu obyektlərə görə icarə haqqı ödəyir]", - Kobzova bildirib.

Ekspertin sözlərinə görə, Avropa İttifaqı da Qırğızıstanda müsbət rol oynaya bilər.

"O, ölkədə infrasturkturun bərpası və ya iqtisadi yaradım proqramları ilə kömək edə bilər. - Kobzova hesab edir. - Öz növbəsində Aİ üçün Mərkəzi Asiyada yeganə parlament demokratiyasını təmsil edən yeni hökumətlə qarşılıqlı fəaliyyət göstərmək maraqlıdır".

Xəbər lenti

Xəbər lenti