...

Xalq yığıncağının aksiyası rejimin dağılmasına gətirib çıxara bilər – eks-prezident Eduard Şevardnadze

Siyasət Materials 25 Noyabr 2010 10:53 (UTC +04:00)
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze Xalq nümayəndələri yığıncağının sabaha nəzərdə tutulan aksiyasının nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkir, lakin hesab edir ki, rejimə potensial təhlükə var.
Xalq yığıncağının aksiyası rejimin dağılmasına gətirib çıxara bilər – eks-prezident Eduard Şevardnadze

Gürcüstan, Tbilisi, 24 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze Xalq nümayəndələri yığıncağının sabaha nəzərdə tutulan aksiyasının nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkir, lakin hesab edir ki, rejimə potensial təhlükə var.

"Xalq nümayəndələri yığıncağı həqiqətən hökumətə qarşı çıxış edə və onların özbaşınalıqları barədə sənədlər təqdim edə bilsə, bu hakimiyyətin dağılması tamamilə mümkündür", - Trend-ə çərşənbə günü Şevardnadze deyib.

Aksiya sabah saat 15:00-da başlayacaq və saat 17:00-da başa çatacaq. Toplaşanlar hakimiyyətin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmək fikrindədirlər. Yığıncaq liderlərinin sözlərinə görə, əgər parlament qarşısında çoxlu sayda əhali toplaşan olarsa, o zaman Prezident Mixail Saakaşvilnin istefası məsələsi qaldırılacaq.

Lakin, Şevardnadzenin sözlərinə görə, vəziyyətin əslində necə olacağını hələ ki proqnozlaşdırmaq çətindir.

"Mən həyatda çox məyus olmuşam və bu məsələ ilə bağlı konkret heç nə deyə bilmərəm", - eks-prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti