...

Xalq yığıncağı Prezident Mixail Saakaşviliyə etimadsızlıq barədə qərar qəbul edib və onun impiçmentinə nail olacaq

Siyasət Materials 25 Noyabr 2010 17:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Xalq nümayəndələri yığıncağı Prezident Mixail Saakaşviliyə etimadsızlığını ifadə edib. Xalq nümayəndələri parlament qarşısındakı toplantıda Mixail Saakaşviliyə etimadsızlıq haqqında qərar qəbul ediblər.

Xalq yığıncağının liderlərindən biri Giya Burcanadze bəyan edib ki, prezidentin hakimiyyətdən uzaqlaşdırılması yollarından biri də impiçmentdir. "Çünki Gürcüstan parlamenti onun üzərinə düşən funksiyanı icra etməyə qadir deyil, belə olan halda bunu Xalq nümayəndələri yığıncağı etməlidir", - o bəyan edib.

Xalq yığıncağı oktyabrda qəbul edilən Gürcüstan Konstitusiyasına dəyişiklikləri də etibarsız sayıb. Gürcüstan parlamenti oktyabrın 15-də Prezidentin səlahiyyətlərini məhdudlaşdıran, Baş nazirin və parlamentin rolunu gücləndirən yeni Konstitusiyanı qəbul edib. Gürcüstan Konstitusiyası tədricən qüvvəyə minəcək.

Xalq yığıncağı 33 nəfərdən ibarət icraçı orqan seçib. Onların arasında siyasətçilər və ictimai xadimlər - Nino Burcanadze, Nona Qaprindaşvili, Rezo Esadze, İrakli Batiaşvili, Kaxa Şartava, Luka Kurtanidze və başqaları var.

Yığıncaq qətnamə qəbul edib.

Xəbər lenti

Xəbər lenti