...

Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini və baş həkimi təyin olunub

Siyasət Materials 7 Yanvar 2011 22:17 (UTC +04:00)
Cümə günü Azərbaycan Respublikası Səhiyyə Nazirliyində kadr məsələlərinə həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə nazirliyinin saytında dərc olunan məlumatda bildirilir.
Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini və baş həkimi təyin olunub

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Cümə günü Azərbaycan Respublikası Səhiyyə Nazirliyində kadr məsələlərinə həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə nazirliyin saytında dərc olunan məlumatda bildirilir.

İclasda Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini və baş həkimi vəzifəsinə təyin olunmuş şəxslərin adları açıqlanıb.

Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini vəzifəsinə Quliyev Fuad Ədalət oğlu, baş həkimi vəzifəsinə isə Əbdürrəhimov Azad Ramiz oğlu təyin olunublar.

Quliyev Fuad Ədalət oğlu 2000-ci ildə İstanbul Universiteti Cerrahpaşa Tibb fakültəsini bitirib. 2001-2006-cı illərdə İstanbul Universitetinin Urologiya kafedrasında mütəxəssislik üzrə təhsil alıb. 2007-2008-ci illərdə isə Neftçilər Xəstəxanasının endoskopik cərrahiyyə və diaqnostika şöbəsində uroloq-cərrah vəzifəsində, daha sonra isə urologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2009-cu ildən Milli Onkologiya Mərkəzinin Onkologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Avropa Urologiya Assosiasiyasının üzvüdür, Tibb elmləri namizədidir.

Əbdürrəhimov Azad Ramiz oğlu 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1984-cü ildən 1988-ci ilədək M.N.Qədirli adına Mərkəzi Hövzə Klinik Xəstəxanasında gəmi həkimi vəzifəsində, 1988-90-cı illərdə həkim-terapevt, baş həkimin ekspertiza üzrə müavini, Hövzə poliklinikası baş həkimi, baş həkimin tibbi işlər üzrə müavini vəzifəsində işləyib. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində tibbi işlər üzrə şöbənin rəisi vəzifəsində və Mərkəzi Dənizçilər Xəstəxanasının icraçı direktor vəzifəsində çalışıb. 2009-cu ildən Milli Onkologiya Mərkəzində baş həkimin müavini vəzifəsini icra edir.

İclasda digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti