...

Sabiq Müsavat funksionerləri ABŞ səfirliyinə çağırılıblar

Siyasət Materials 10 Yanvar 2011 11:32 (UTC +04:00)
Müsavatdan istefa vermiş partiya funksionerləri Adil Qeybulla və Qabil Hüseynli ABŞ səfirliyinə çağırılıblar. Qabil Hüseynlinin Trend-ə verdiyi məlumata görə, görüş ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşavirləri ilə keçirilib.
Sabiq Müsavat funksionerləri ABŞ səfirliyinə çağırılıblar

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir T.Hacıyev/

Müsavatdan istefa vermiş partiya funksionerləri Adil Qeybulla və Qabil Hüseynli ABŞ səfirliyinə çağırılıblar. Qabil Hüseynlinin Trend-ə verdiyi məlumata görə, görüş ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşavirləri ilə keçirilib.

Hüseynli qeyd edib ki, səfirlikdə əsasən onların gələcək planları ilə maraqlanıblar və Müsavat Partiyasından istefalarının səbəbləri barədə soruşublar.

Müsavatın sabiq Məclis sədri Sülhəddin Əkbər isə Trend-ə bildirib ki, İbrahim İbrahimli ilə onu günorta saatlarında səfirliyə dəvət ediblər. O, bildirib ki, görüşdə əsasən ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

Son dövrlər Azərbaycanın müxalif Müsavat Partiyasının dörd funksioneri - Sülhəddin Əkbər, İbrahim İbrahimli, Adil Qeybulla və Qabil Hüseynli partiyadan istefa verib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti