...

Azərbaycanın müdafiə sənayesi naziri Çexiyaya səfər edəcək

Siyasət Materials 19 Yanvar 2011 15:52 (UTC +04:00)
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti 20-25 yanvar tarixlərində Çexiya Respublikasında səfərdə olacaq.
Azərbaycanın müdafiə sənayesi naziri Çexiyaya səfər edəcək

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti 20-25 yanvar tarixlərində Çexiya Respublikasında səfərdə olacaq. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çexiyanın Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə baş tutacaq səfərin məqsədi Çexiya Respublikasının hərbi sənaye kompleksinə daxil olan şirkət və müəssisələrlə yaxından tanış olmaqdır.

Səfər çərçivəsində nazir Yavər Camalovun Çexiya Respublikasının bir sıra dövlət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti