...

Azərbaycan Konstitusiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin müraciəti ilə bağlı qərar qəbul edib

Siyasət Materials 1 Fevral 2011 23:14 (UTC +04:00)
Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci və 297.0.4-cü maddələrinin şərh edilməsini xahiş edib.
Azərbaycan Konstitusiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin müraciəti ilə bağlı qərar qəbul edib

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin müraciəti ilə bağlı qərar qəbul edib.  Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci və 297.0.4-cü maddələrinin şərh edilməsini xahiş edib.

Qərarda deyilir ki, Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci maddəsinin "böyük ictimai təhlükə törətməyən aşkar cinayət" müddəası həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birinin ilkin dəlillərin (sübutların) məcmusu əsasında məhz konkret şəxs tərəfindən aşkar şəraitdə törədilməsi kimi başa düşülməlidir.

Cinayət-Prosessual Məcəlləsinin 297.0.4-cü maddəsinin "cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs" müddəası məhkəməyədək sadələşdirilmiş icraat çərçivəsində həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birini törətmiş təqsirləndirilən şəxsi nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti