...

Hakim partiyanın sədr müavini ATƏT PA-nın vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 11 Fevral 2011 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir T.Hacıyev/

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossrukun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, bu barədə hakim partiyanın rəsmi internet saytı məlumat yayıb.

Görüş zamanı Qrossruk qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanın daha da inkişafı naminə praqmatik proqramının uğurla həyata keçirilməsində parlament seckilərinin qalibi kimi Yeni Azərbaycan Partiyasının üzərinə böyük vəzifələr düşür.

"Biz özümüzü çox sürətli inkişaf edən Azərbaycanın dostları hesab edir və səfərimizin də məqsədi mövcud olan əməkdaşlıq münasibətlərini daha da dərinləşdirməkdən ibarətdir"- o əlavə edib.

YAP Sədr müavini Əli Əhmədov Azərbaycanla ATƏT PA arasında səmimi və səmərəli əməkdaşlıq münasibətlərinin tərəflər üçün faydalı olduğunu qeyd edib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.
Görüşdə parlament seçkilərinin nəticələri, gələcək əməkdaşlıq, ikitərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti