...

İran Parlamentinin deputatları müxalifət liderləri Musəvi və Kərrubinin edam olunmasını istəyiblər

Siyasət Materials 15 Fevral 2011 11:11 (UTC +04:00)
İran Parlamentinin 180 deputatı müxalifət liderlərindən olan Mir Hüseyn Musəvi və Kərrubinin mühakimə olunaraq edam edilməsini istəyiblər.
İran Parlamentinin deputatları müxalifət liderləri Musəvi və Kərrubinin edam olunmasını istəyiblər

İran Parlamentinin 180 deputatı müxalifət liderlərindən olan Mir Hüseyn Musəvi və Kərrubinin mühakimə olunaraq edam edilməsini istəyiblər. Onlar Musəvi və Kərrubini ölkənin milli təhlükəsizliyinə qarşı hərəkətlər etməkdə ittiham ediblər. Bu barədə Trend İranın jamejamonline.ir İnternet qəzetinə istinadən məlumat verir.

İran Parlamentinin spikeri Əli Laricani ötən gün müxalifətin mitinqinə münasibət bildirib. O, "iğtişaşçılar"la mübarizə yollarını araşdırmaq məqsədilə Parlamentin müxtəlif komissiyalarından nümayəndələrin iştirakı ilə komitə yaradılmasını istəyib. Laricani komissiya rəhbərlərindən tez bir zamanda komitəni təşkil edib, ötən gün baş verən hadisələrlə bağlı məruzə hazırlanmasını tələb edib.

Ötən gün Tehranda və İranın digər şəhərlərində müxalifət Misir və Tunis xalqlarına dəstək aksiyası keçirmək istəyib. Nümayişçilərlə polis arasında toqquşmalar baş verib. İran polisi Tehranda keçirilən aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İranın MEHR xəbər agentliyinin məlumatına əsasən, ötən günkü hadisələrdə 1 nəfər həlak olub, bir neçə nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. İran Polis Komandanlığının rəis müavini Əhmədrza Radan ötən günkü hadisələrdə 9 polis əməkdaşının yaralandığını bildirib.

Xəbər lenti

Xəbər lenti