...

Polislər İran müxalifəti liderinin oğlunun evinə daxil olub

Siyasət Materials 16 Fevral 2011 17:26 (UTC +04:00)
İranın təhlükəsizlik qüvvələri ölkənin müxalifət liderlərindən biri, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubinin evinə daxil olub.
Polislər İran müxalifəti liderinin oğlunun evinə daxil olub

İranın təhlükəsizlik qüvvələri ölkənin müxalifət liderlərindən biri, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubinin evinə daxil olub. Bu barədə Trend İranın müxalifət yönlü /sahamnews.net/ saytına istinadən məlumat verir.

Məlumatda deyilir ki, Hüseyn Kərrubini həbs etmək məqsədi ilə təhlükəsizlik xidmətinin 20 əməkdaşı onun evinə hücum edib. "Evdə heç kimin olmadığı bir vaxtda evə hücum ediblər, qapını sındırıb evdəki əşyaları darmadağın ediblər və qonşuların narahatlığına səbəb olublar", - bu sözləri Hüseyn Kərrubi /sahamnews.net/ saytına deyib.

İranın müxalifətyönlü internet saytlarının məlumatına əsasən, fevrlaın 14-də Tehranda və İranın digər şəhərlərində müxalifət Misir və Tunis xalqlarına dəstək aksiyası keçirmək istəyib. Nümayişçilərlə polis arasında toqquşmalar baş verib. İran polisi Tehranda keçirilən aksiyada iştirakçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində azı 2 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən artıq etirazçı isə saxlanılıb. İran Polis Komandanlığının rəis müavini Əhmədrza Radan həmin hadisələrdə 9 polis əməkdaşının yaralandığını bildirib.

Xəbər lenti

Xəbər lenti