...

Azərbaycanın Gürcüstandakı səfiri Marneuli rayonunda olub

Siyasət Materials 25 Fevral 2011 16:29 (UTC +04:00)
Səfər zamanı səfir Azərbaycan təmayüllü məktəblərə latın şrifti ilə dərc edilən Azərbaycan dilində çoxlu sayda kitab hədiyyə edib.
Azərbaycanın Gürcüstandakı səfiri Marneuli rayonunda olub

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Marneuli rayonunda olub. Səfər zamanı səfir Azərbaycan təmayüllü məktəblərə latın şrifti ilə dərc edilən Azərbaycan dilində çoxlu sayda kitab hədiyyə edib. Trend-in məlumatına görə, bu barədə səfirliyin məlumatında deyilir.

Azərbaycanın klassik ədəbiyyatı, xalq nağılları, eposlar, dastanlar, romanlar, eləcə də xarici müəlliflərin əsərlərindən ibarət 300-ə yaxın kitab altı orta məktəbə, eləcə də Marneuli Azərbaycan Mədəniyyəti Mərkəzinə hədiyyə edilib.

Xəbər lenti

Xəbər lenti