...

ATƏT sədri Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək

Siyasət Materials 10 Mart 2011 15:27 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Litva xarici işlər naziri Audronyus Ajubalis ATƏT-in regiondakı fəaliyyətini və Litva sədrliyinin2011-ci il üçün prioritetlərini müzakirə etmək məqsədilə gələn həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək.
ATƏT sədri Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Y.Ostapenko/

ATƏT-in fəaliyyətdə olan sədri, Litva xarici işlər naziri Audronyus Ajubalis ATƏT-in regiondakı fəaliyyətini və Litva sədrliyinin 2011-ci il üçün prioritetlərini müzakirə etmək məqsədilə gələn həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Ajubalis martın 13-14-də Bakıda, 15-16-da Tbilisidə və 17-18-də Yerevanda olacaq. Trend-in məlumatına görə, bu barədə ATƏT-in məlumatında deyilir. Bu səfər Litva sədrliyinin regiona ilk səfəri olacaq.

Ajubalis regional səfəri zamanı Azərbaycan və Ermənistan prezidentləri, Gürcüstanın Baş naziri, eləcə də üç ölkənin xarici işlər nazirləri, siyasi partiya, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək niyyətindədir.

ATƏT məkanında yubanmış münaqişələrin həllində irəliləyiş Litva sədrliyinin prioritetidir. Müzakirə mövzusu Dağlıq Qarabağ nizamlaması, ATƏT-lə, xüsusilə Bakı və Yerevandakı nümayəndəliklərlə əməkdaşlıq, habelə Cenevrə müzakirələri çərçivəsində göstərilən səylər olacaq.

Ajubalis paytaxtların hər birində KİV nümayəndələri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti