...

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ABŞ Prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Elis Qastın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür (FOTO)

Siyasət Materials 11 Mart 2011 12:13 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva cümə axşamı Azərbaycanda səfərdə olan ABŞ Prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Elis Qastın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ABŞ Prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Elis Qastın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür (FOTO)

Şəkillər əlavə olunub (ilk xəbər 10.03.11 saat 21:21-də yayılıb)

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva cümə axşamı Azərbaycanda səfərdə olan ABŞ Prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Elis Qastın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Trend-in məlumatına görə, Mehriban xanım Əliyeva qonaqları Heydər Əliyev Fondunda görməkdən məmnun qaldığını demiş, səfərin uğurlu olacağından əminliyini bildirmişdir. Azərbaycanın birinci xanımı ölkəmizin gündən-günə artan potensialı barədə məlumat vermiş, onun regionda ən sürətlə inkişaf edən dövlət olduğunu diqqətə çatdırmışdır. Respublikada elmin, təhsilin, texnologiyaların inkişafına xüsusi önəm verildiyini deyən Fondun prezidenti son illərdə bu sahələrdə böyük işlərin görüldüyünü söyləmişdir. Qeyd olunmuşdur ki, təhsilin maddi-texniki bazası yaxşılaşdırılmış, müasir texnologiyalardan istifadə olunaraq yeni tədris müəssisələri yaradılmışdır. Hazırda əsas diqqət təhsilin keyfiyyətinin artırılmasına yönəldilmişdir. Bu gün azərbaycanlı gənclər dünyanın ən mötəbər ali təhsil ocaqlarında biliklərə yiyələnirlər.

Mehriban xanım Əliyeva dövlətin azərbaycanlı uşaqların və gənclərin xaricdə təhsil almaları prosesinin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı ABŞ-ın təhsil sahəsindəki təcrübəsindən faydalanmağın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını da diqqətə çatdırmışdır. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlığa hər zaman hazır olduğunu vurğulamışdır.

ABŞ Prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Elis Qast səmimi qarşılanmaya görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Qonaq Heydər Əliyev Fondunun nəinki Azərbaycanda, habelə xaricdə də həyata keçirdiyi layihələrin vacibliyini vurğulamış, görülən işlərin böyük heyrət doğurduğunu demişdir.
Görüşdə həm orta məktəbdə fərqlənən şagirdlərin, həm də tələbələrin ABŞ-da təhsil almaları, gənclərin təhsilə marağının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə müzakirələr aparılmışdır.

Xəbər lenti

Xəbər lenti