...

Türkiyə parlamenti Azərbaycanla strateji tərəfdaşlıq haqqında müqaviləni ratifikasiya edib

Siyasət Materials 11 Mart 2011 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir A.Axundov/

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasının dünən keçirilən iclasında deputatlar Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin ratifikasiya edilməsi barədə qanun layihəsini qəbul ediblər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti yazır.

Baş Assambleyada bəyənildikdən sonra müqavilə ölkə prezidenti tərəfindən təsdiq edilməlidir.

Fevralın 17-də TBMM-in Xarici əlaqələr komissiyası 2010-cu il avqustun 16-da imzalanan və 2010-cu il dekabrın 22-də Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilən Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin bəyənilməsinə dair qanun layihəsini hazırlayıb. Komissiya bu müqavilənin ratifikasiyası haqqında qanun layihəsinə 2010-cu il dekabrın 24-də baxmağa başlayıb. O, parlamentə dekabrın 8-də daxil olub.

Xəbər lenti

Xəbər lenti