...

Türkiyə Respublikası Azərbaycan hökumətinin koppursiyaya qarşı islahatlarını dəstəkləyir - səfir

Siyasət Materials 18 Mart 2011 12:36 (UTC +04:00)
Türkiyə Respublikası Azərbaycan hökumətinin korrupsiyaya qarşı islahatlarını dəstəkləyir.
Türkiyə Respublikası Azərbaycan hökumətinin koppursiyaya qarşı islahatlarını dəstəkləyir - səfir

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Respublikası Azərbaycan hökumətinin korrupsiyaya qarşı islahatlarını dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.

"Türkiyə Azərbaycan hökumətinin korrupsiyaya qarşı islahatlarını dəstəkləyir və onların uğurla başa çatacağına ümid edir", - Kılıc deyib.

Onun sözlərinə görə, islahatlar səmərəli nəticə verəcək və dünyada Azərbaycanın nüfuzu qaldıracaq.

2011-ci il yanvarın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının geniş iclası keçirilib.

Xəbər lenti

Xəbər lenti