...

Gürcüstan Prezidenti Marneuli azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib

Siyasət Materials 21 Mart 2011 22:27 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili bazar ertəsi ölkə müsəlmanlarını Novruz bayramı münasibətilə Azərbaycan dilində təbrik edib. Trend-in məlumatına görə, Marneuli şəhərinin mərkəzi meydanında ölkə prezidenti ilə görüşmək üçün bir neçə min nəfər yerli sakin toplaşıb.
Gürcüstan Prezidenti Marneuli azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstan, Tbilisi, 21 mart /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili bazar ertəsi ölkə müsəlmanlarını Novruz bayramı münasibətilə Azərbaycan dilində təbrik edib. Trend-in məlumatına görə, Marneuli şəhərinin mərkəzi meydanında ölkə prezidenti ilə görüşmək üçün bir neçə min nəfər yerli sakin toplaşıb.

"Mən şadam ki, bu gün azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası davam edir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bizim vahid ölkəmizi quracaq vahid birliyi yaratmaq üçün əlimdən gələni edirəm. Bu mənim, mənim həyatımın, hökümətimizin məqsədidir" deyə Saakaşvili bilidirib.

Gürcüstan Prezidenti onu da qeyd edib ki, azərbaycanlılar Gürcüstan dövlətinin bir hissəsidir.

"Mən şadam ki, bü gün daha çox cavan azərbaycanlı gürcü dilini öyrənir və bizim vahid mədəniyyətimizin bir parçası olan öz mədəniyyətini itirmədən vahid cəmiyyətə inteqrasiya olunur, - prezident deyib.

Saakaşvili Azərbaycanın Gürcüstandakı sabiq səfiri Ramiz Həsənovu "Şərəf " ordeni ilə təltif edib.

Gürcüstan Prezidenti bu gün həmçinin Azərbaycan İdman və Gənclər naziri Azad Rəhimovla birlikdə Marneulidəki İdman sarayını açıb. Prezident qeyd edib ki, müasir idman mərkəzi olan saray Azərbaycan tərəfindən tikilib.

Bundan sonra Saakaşvili ARDNŞ və "Wissol" şirkətləri tərəfindən Marneulidə tikiləcək iki yeni mərkəzlərin maketləri ilə tanış olub.

"Wissol" şirkəti şəhərdə kinoteatrlı ticarət mərkəzi, ARDNŞ isə Gürcü-Azərbaycan mədəniyyət mərkəzini tikmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti