...

Türkdilli ölkələr arasında parlamentlərarası əlaqələri inkişaf etdirmək vacibdir - Oqtay Əsədov

Siyasət Materials 27 Aprel 2011 14:16 (UTC +04:00)
Türkdilli ölkələr arasında parlamentlərarası əlaqələri inkişaf etdirmək vacibdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Qazaxıstan Parlamentinin spikeri ilə görüşündə bildirib.
Türkdilli ölkələr arasında parlamentlərarası əlaqələri inkişaf etdirmək vacibdir - Oqtay Əsədov

Qazaxıstan, Astana, 27 aprel /Trend, müxbir A.Maratov/

Türkdilli ölkələr arasında parlamentlərarası əlaqələri inkişaf etdirmək vacibdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Qazaxıstan Parlamentinin spikeri ilə görüşündə bildirib.

"Biz vahid kökə, ümumi mədəniyyətə malikik. Bu, bizi, türkdilli ölkələri XXI əsrdə daha çox yaxınlaşmağa məcbur edir", - Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Qazaxıstanın TÜRKPA-ya sədrliyi dövründə bütün türkdilli ölkələrin təşkilata cəlb edilməsinə nail olacağına ümid edir.

"Qazaxıstan bütün dünyada tanınıb və Mərkəzi Asiya regionunda, Azərbaycan isə Cənubi Qafqazda liderdir. Qazaxıstan və Azərbaycan qardaş xalqların gələcəkdə də tərəqqisi üçün səyləri birləşdirməlidirlər", - Əsədov bildirib.

Xəbər lenti

Xəbər lenti