...

Azərbaycan və Rusiya prezidentləri Həştərxan forumunun iştirakçılarına təbrik məktubu göndəriblər

Siyasət Materials 19 May 2011 13:44 (UTC +04:00)

Rusiya, Həştərxan, 19 may /Trend, xüsusi müxbir V.Tukayev/

Azərbaycan və Rusiya prezidentləri bu gün Həştərxanda açılan II Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarının ünvanına təbrik məktubu göndəriblər. Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyev forum iştirakçılarını salamlayaraq bildirib ki, belə tədbirlərin keçirilməsi xoş ənənəyə çevrilib, hər iki ölkənin ikitərəfli əlaqələrin gələcəkdə möhkəmlənməsi və intensivləşməsinə cəhdlərini açıq şəkildə nümayiş etdirir.

"Dərin məmnunluq hissi ilə qeyd etmək olar ki, Rusiya və Azərbaycan rəhbərlərinin səyləri sayəsində bu gün yubanmadan həllini tələb edən dövlətlərarası böyük problemlər qalmayıb. Əlaqələrimiz çoxtərəfli və məzmunlu olub", - müraciətdə deyilir.

Azərbaycan Rusiyanın bütün regionları ilə qarşılıqlı əlaqələri dəstəkləyir. "Eləcə də Həştərxan vilayəti ilə. Biz şadıq ki, burada yaşayan azərbaycanlılar diyarın iqtisadi və mədəni həyatında aktiv iştirak edirlər, regionun inkişafına nəzərəçarpan töhfə verirlər. Əminəm ki, aktiv dialoq gedişində biz ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və şaxələndiri l məsi perspektivlərini qeyd edə biləcəyik, forum isə ölkələrimizin gələcək yaxınlaşması yollarında daha bir addım olacaq", - Azərbaycan Prezidentinin Həştərxan forumunun iştirakçılarına təbrik məktubunda bildirilir.

Öz növbəsində Dmitri Medvedev məktubunda qeyd edib ki, forum iştirakçıları qarşısında ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə etmək, ticarət, energetika, nəqliyyat, informasiya sahəsində perspektivli layihələri nəzərdən keçirmək durur. "Gündəlikdə Rusiya-Azərbaycanın təhsil, elm və mədəni əlaqələrinin gələcəkdə dərinləşməsinə geniş yer ayrılması vacibdir. Ümid edirəm ki, forumun keçirilməsi ölkələr arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək, görüşləriniz ənənəyə çevriləcək və yeni tələbli təşəbbüslərin hazırlanmasına xidmət edəcək", - Rusiya dövlət başçısının təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti