...

Laricani yenidən İran Parlamentinin spikeri seçilib

Siyasət Materials 25 May 2011 09:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend/

İran Parlamentində spiker və Rəyasət Heyəti seçkiləri keçirilib. Əli Laricani yenidən Parlamentin spikeri seçilib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

Laricani 244 deputatdan 212-nin "müsbət" rəyi ilə dördüncü dəfə səkkizinci çağırış Parlamentin spikeri olub.

İran Parlamentinin daxili əsasnaməsinə görə, Parlamentin spikeri və Rəyasət Heyəti üzvləri hər il deputatlar tərəfindən seçilməlidirlər.

2012-ci il martın 12-də İranda doqquzuncu çağırış parlament seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti