...

Kaliforniyanın Orinc dairəsi 28 mayı Azərbaycanın Milli Günü elan edib

Siyasət Materials 1 İyun 2011 10:34 (UTC +04:00)
ABŞ-da əhalisinin sayına görə 6-cı olan Kaliforniya ştatının Orinc dairəsi mayın 28-ni Azərbaycanın Milli Günü elan edib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan-ABŞ Şurasının baş direktoru Cavid Hüseynov məlumat verib.
Kaliforniyanın Orinc dairəsi 28 mayı Azərbaycanın Milli Günü elan edib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

ABŞ-da əhalisinin sayına görə 6-cı olan Kaliforniya ştatının Orinc dairəsi mayın 28-ni Azərbaycanın Milli Günü elan edib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan-ABŞ Şurasının baş direktoru Cavid Hüseynov məlumat verib.

Dairə hökumətinin rəhbəri Bill Kempel tərəfindən nəşr edilən bəyannamədə xüsusilə qeyd edilir ki, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Respublikası müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət olub, 1919-cu ildə Azərbaycan qadınların seçici hüquqları haqqında qanun nəşr edilməsində ABŞ-ı qabaqlayıb və Qarabağ regionu və Naxçıvan Azərbaycanın bir hissəsidir.

Orinc dairəsinin bəyannaməsində Azərbaycan-ABŞ Şurasının həm də Kaliforniya ştatında Azərbaycan icmasının maraqlarını təmsil edən təşkilat kimi rolu da qeyd edilib.

Xəbər lenti

Xəbər lenti