Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Sloveniya Respublikasına rəsmi səfərə gəlib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Lyublyananın "Joze Puçnik" hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Sloveniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.