...

Rusiya və Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsinə hazırdırlar - Narışkin

Siyasət Materials 10 İyun 2011 16:24 (UTC +04:00)
Rusiya və Azərbaycan cari ilin oktyabr ayının əvvəlində keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsinə hazırdırlar.
Rusiya və Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsinə hazırdırlar - Narışkin

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Rusiya və Azərbaycan cari ilin oktyabr ayının əvvəlində keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsinə hazırdırlar.

"Biz bu gün bu vacib tədbirin keçilməsinə aid bütün məsələləri müzakirə etdik, - Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Moskvada Təşkilat Komitəsinin iclasının yekunları üzrə deyib. - Forum maraqlı, geniş və orijinal olmalıdır".

Forum iştirakçılarının müzakirə etməyə planlaşdırdığı mövzular arasında Narışkin iqtisadi inkişafın müasir modellərini, humanistliyin fəlsəfə problemləri, biotexnologiyalar və etika problemlərini sadalayıb.

"Bu, ümumbəşəri və hamı üçün əhəmiyyətli olan problemlərdir, - öz növbəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qeyd edib. - Çox vacibdir ki, ölkələrimizin prezidentləri onları dünya ictimaiyyətinin müzakirəsinə çıxarmaq qərarına gəliblər".

Xəbər lenti

Xəbər lenti