...

1993-cü il iyunun 15-də Azərbaycan tarixində yeni mərhələ başladı - deputat

Siyasət Materials 14 İyun 2011 15:42 (UTC +04:00)
1993-cü il iyunun 15-də Azərbaycan tarixində yeni bir mərhələ başladı. Bunu Trend-ə çərşənbə axşamı Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib.
1993-cü il iyunun 15-də Azərbaycan tarixində yeni mərhələ başladı - deputat

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir M.Əliyev/

1993-cü il iyunun 15-də Azərbaycan tarixində yeni bir mərhələ başladı. Bunu Trend-ə çərşənbə axşamı Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib.

"Həmin tarixdə Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı, ölkə xaosdan qurtuldu, vətəndaş müharibəsindən xilas oldu", - Qasımlı deyib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyini məhv etmək istəyən qüvvələrin fəaliyyətinə son qoyuldu.

"Bu səbəbdən 15 iyun müstəqil Azərbaycanın tarixində müstəsna əhəmiyyətə malik gündür", - millət vəkili qeyd edib.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Xəbər lenti

Xəbər lenti