...

Gürcüstan Prezidenti və Azərbaycan XİN rəhbəri regional layihələrin həyata keçirilməsini müzakirə ediblər

Siyasət Materials 14 İyun 2011 16:29 (UTC +04:00)
Çərşənbə axşamı Gürcüstan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib. Görüş təkbətək keçirilib.
Gürcüstan Prezidenti və Azərbaycan XİN rəhbəri regional layihələrin həyata keçirilməsini müzakirə ediblər

Gürcüstan, Tbilisi, 14 iyun /Trend, müxbir N.Kirsxaliya/

Çərşənbə axşamı Gürcüstan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib. Görüş təkbətək keçirilib.

Mixail SaakaşviliElmar Məmmədyarov iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və mədəni münasibətlərin geniş spektrini müzakirə ediblər. Bu barədə Trend-ə Gürcüstan Prezidenti Administrasiyasından məlumat verilib.

"Görüşün başlıca mövzularından biri Gürcüstan və Azərbaycanın birgə həyata keçirdikləri iqtisadi və regional layihələrin müzakirəsi olub", - administrasiyadan bildiriblər.

Azərbaycanın xarici işlər naziri Gürcüstanda ikigünlük səfərdədir və Baş nazir, parlament sədri və XİN rəhbəri ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti