...

Azərbaycan Parlamentinin yaz sessiyasının prioritet istiqamətini insan haqlarının qorunması təşkil edib - vitse-spiker

Siyasət Materials 14 İyul 2011 12:23 (UTC +04:00)
Yaz sessiyasında Milli Məclisin işinin prioritet istiqaməti insan haqlarının qorunması və demokratiyanın inkişaf etdirilməsi təşkil edib.
Azərbaycan Parlamentinin yaz sessiyasının prioritet istiqamətini insan haqlarının qorunması təşkil edib - vitse-spiker

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir M.Əliyev/

Yaz sessiyasında Milli Məclisin işinin prioritet istiqaməti insan haqlarının qorunması və demokratiyanın inkişaf etdirilməsi təşkil edib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova cümə axşamı parlamentin yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Muradova bildirib ki, buna misal kimi "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa əlavələr və dəyişiklikləri qeyd etmək olar.

Vitse-spiker qeyd edib ki, yaz sessiyasının işinin bir istiqaməti də əhalinin sosial problemlərinin həllinə yönəlib. O, həmçinin ötən sessiyada qəbul olunan Gömrük Məcəlləsinin, "İcbari sığorta haqqında" qanunun əhəmiyyətini qeyd edib.

Muradova bildirib ki, ümumilikdə Milli Məclisin yaz sessiyası ərzində keçirilən 15 iclasda 91 qanun və qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti