...

Azərbaycanın səfiri iordaniyalı spikerlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

Siyasət Materials 18 Avqust 2011 14:43 (UTC +04:00)
Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı İordaniya parlamentinin Deputatlar palatasının sədri Feysəl Faizlə iki ölkə parlamentləri arasında əməkdaşlığın inkişaf mexanizmləri, parlament sədrlərinin, o cümlədən parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkili məsələlərini müzakirə edib.
Azərbaycanın səfiri iordaniyalı spikerlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı İordaniya parlamentinin Deputatlar palatasının sədri Feysəl Faizlə iki ölkə parlamentləri arasında əməkdaşlığın inkişaf mexanizmləri, parlament sədrlərinin, o cümlədən parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkili məsələlərini müzakirə edib. Bu barədə Trend-ə Azərbaycanın İordaniyadakı səfirliyindən bildirilib.

Görüş zamanı Azərbaycanın müstəqilliyini yenidən bərpa etdikdən sonra keçdiyi inkişaf yolu, aparılmış islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə iordaniyalı spikerə məlumat verilib.

Öz növbəsində Faiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini birmənalı olaraq vurğulayıb.

Deputatlar palatasının sədri hər iki ölkənin qanunverici orqanlarında parlamentlərarası dostluq qruplarının yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək parlamentlərarası əlaqələrin genişlənməsinin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə hazırda İordaniyada aparılan siyasi islahatlar çərçivəsində İordaniya Konstitusiyasına edilməsi nəzərdə tutulan bir sıra dəyişikliklər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti