...

Azərbaycan Prezidenti Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 1 Sentyabr 2011 16:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan Prezidenti Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Trend-in məlumatına görə, Nunsi Klaudio Qucerotti on il bundan əvvəl etimadnaməsini xalqımızın ümummilli lideri Heydər Əliyevə təqdim etməsinin onda böyük təəssürat yaratdığını qeyd etdi. O, ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycanda sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottinin əlaqələrimizin inkişafındakı xidmətlərini qeyd edən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti