...

YAP Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar yazı müsabiqəsi keçirəcək

Siyasət Materials 2 Sentyabr 2011 16:21 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar gənclər arasında "Müasir Azərbaycan - 20" adlı yazı müsabiqəsi keçirəcək.
YAP Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar yazı müsabiqəsi keçirəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar gənclər arasında "Müasir Azərbaycan - 20" adlı yazı müsabiqəsi keçirəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında bildirilib.

Müsabiqədə yaşı 35-ə qədər olan hər bir Azərbaycan gənci iştirak edə bilər. Yazılar xüsusi olaraq yaradılmış münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcək.

Müsabiqədə I yer - 1500 manat, II yer - 1000 manat, III yer - 500 manat, üç nəfər isə 300 manat həvəsləndirici mükafat alacaq.

Qaliblərə həmçinin, Yeni Azərbaycan Partiyasının xüsusi diplomları təqdim ediləcək.

Müsabiqəyə təqdim olunan bütün yazılar "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetlərində dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti