...

Naxçıvan MR Ali Məclisi sədrinin İrana səfəri gözlənilir

Siyasət Materials 5 Sentyabr 2011 11:58 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov İrana səfər edəcək. Bunu İranın Poldəşt şəhərinin icra başçısı Cəlil Qəffari deyib.
Naxçıvan MR Ali Məclisi sədrinin İrana səfəri gözlənilir

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov İrana səfər edəcək. Bunu İranın Poldəşt şəhərinin icra başçısı Cəlil Qəffari deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Qəffari əlavə edib ki, Talıbovun başçılıq etdiyi nümayəndə heyəti İranın Qərbi Azərbaycan əyalətinin rəsmiləri ilə görüşlər keçirəcək, iqtisadi və siyasi münasibətlər müzakirə olunacaq.

O bildirib ki, Talıbov sentyabrın 6-da yenidən qurulan Poldəşt sərhəd keçid məntəqəsi vasitəsi ilə Qərbi Azərbaycan əyalətinə səfər edəcək.

Səfər zamanı Naxçıvan MR-dən İranın Qərbi Azərbaycan əyalətinə çuğundur ixracı məsələsi müzakirə olunacaq.

"Ötən il Naxçıvan MR-dən İrana 20 min ton çuğundur ixrac olunub, bu rəqəm cari ildə 40 min tona çatdırılacaq", - Qəffari deyib.

O əlavə edib ki, Poldəşt sərhəd keçid məntəqəsindən gediş-gəliş vaxtı 8 saatdan 16 saatadək artırılıb.

Xəbər lenti

Xəbər lenti