...

Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfə müzakirə olunub

Siyasət Materials 5 Sentyabr 2011 16:57 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bazar ertəsi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşüb.
Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfə müzakirə olunub

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bazar ertəsi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşüb. Trend-in məlumatına görə, bu barədə XİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və Avropa İttifaqının münaqişənin həllinə verə biləcəyi töhfə barədə fikir mübadiləsi aparılıb.

Filip Lefort, eyni zamanda, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə də görüş keçirib.

Xəbər lenti

Xəbər lenti