...

Mehriban Əliyeva "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" adlı konfransda iştirak edib (FOTO)

Siyasət Materials 16 Sentyabr 2011 20:16 (UTC +04:00)
Sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki ofisində "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" mövzusunda Beynəlxalq konfrans keçirilib.
Mehriban Əliyeva "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" adlı konfransda iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki ofisində "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" mövzusunda Beynəlxalq konfrans keçirilib. Fransada səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati konfransda iştirakına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, Azərbaycanın Fransa üçün strateji tərəfdaş olduğunu söyləyib.

Müstəqillik yollarında inamla irəliləyən Azərbaycanın əldə etdiyi uğurları vurğulayan Rəşidə Dati ölkələrimiz arasında münasibətlərin dərinləşməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini qeyd edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Beynəlxalq konfransda çıxış edib, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan danışıb, Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi, yeni neft-qaz yataqlarının kəşfi, nəql marşrutlarının şaxələndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb.

Beynəlxalq konfransda Fransanın nəqliyyat naziri Tierri Mariani, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çıxış edərək ölkəmizin neft strategiyasının uğurlarından danışıblar.

Foto - AzərTAc

Xəbər lenti

Xəbər lenti