...

Aİ Azərbaycan ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlamağı təklif edir

Siyasət Materials 20 Sentyabr 2011 16:49 (UTC +04:00)
Avropa Komissiyası qısamüddətli vizaların verilməsinin sadələşdirilməsi, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında readmissiya haqqında sazişin bağlanması üzrə danışıqlara başlamağı təklif edir.
Aİ Azərbaycan ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlamağı təklif edir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Y.Ostapenko/

Çərşənbə axşamı Avropa Komissiyası qısamüddətli vizaların verilməsinin sadələşdirilməsi, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında readmissiya haqqında sazişin bağlanması üzrə danışıqlara başlamağı təklif edir. Trend-in məlumatına görə, bu barədə Aİ-nin saytında məlumat verilib.

"Vizaların alınmasının sadələşdirilmiş proseduru Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığı yaxşılaşdıracaq. Viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişin bağlanması "Şərq tərəfdaşlığı" proqramının həyata keçirilməsinin tamamilə əhəmiyyətli nəticəsidir. Mən bunun həmin ölkələrin vətəndaşları üçün nə qədər əhəmiyyətli olduğunu bilirəm", - məlumatda Aİ-nin daxili işlər üzrə komissarı Sesiliya Malmstremin sözlərindən sitat gətirilir.

Azərbaycan vətəndaşları üçün vizaların verilməsi prosedurunun sadələşdirilməsi üzrə təklif olunan tədbirlər vizanın alınması üçün təqdim olunan sənədlərin yüngülləşdirilmiş siyahısını, uzun müddətə qüvvədə olan çoxdəfəli vizaların verilməsinin mümkünlüyünü, vətəndaşların ayrı-ayrı kateqoriyaları üçün vizaların qiymətinin azaldılmasını, eləcə də diplimatik pasportlara malik şəxslər üçün Aİ ölkələrinə vizasız gedişin mümkünlüyünü nəzərdə tutur.

"Şərq tərəfdaşlığı"nın insan ölçüləri proqramın nisbətən daha vacib aspektidir. Viza rejiminin sadələşdirilməsinin köməyi ilə sürətlə hərəkət etmə qabiliyyətinə və insan əlaqələrinə yardım sosial-iqtisadi inkişafa yardımın və insanlar arasında qarşılıqlı anlaşmanın əsasıdır", - məlumatda qonşuluq məsələləri üzrə Avropa komissarı Ştefan Fülenin sözlərindən sitat gətirilir.

Füle Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlara başlamaq təklifini bu istiqamətdə mühüm addım adlandırıb.

Avropa Komissiyası Azərbaycandan olan turistlər üçün viza rejiminin sadələşdirilməsi ilə qeyri-leqal miqrantların readmissiyası haqqında mexanizmlərin razılaşdırılmasını birləşdirməyi təklif edir. Belə tədbir Aİ ölkələri ərazisində yaşayan və ya Azərbaycanda müvafiq qeydiyyatı olmayan şəxslərin vətənə tez qayıtmasına imkan verir.

Xəbər lenti

Xəbər lenti