...

Əli Həsənov: Türkiyə öz siyasətini yürütməyə tam qadirdir və Azərbaycan dövləti ona lazımi dəstəyi verir

Siyasət Materials 23 Sentyabr 2011 12:09 (UTC +04:00)
Türkiyə ilə Azərbaycan dost və qardaş dövlətdir və onun bugünkü siyasəti türk dövlətinin, türk xalqının maraqlarına cavab verir.
Əli Həsənov: Türkiyə öz siyasətini yürütməyə tam qadirdir və Azərbaycan dövləti ona lazımi dəstəyi verir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyə ilə Azərbaycan dost və qardaş dövlətdir və onun bugünkü siyasəti türk dövlətinin, türk xalqının maraqlarına cavab verir. Trend-in məlumatına görə, bunu cümə günü Türkiyə-İsrail münasibətlərinin gərginləşməsinə dair sualı cavablandırarkən jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Türkiyə öz siyasətini yürütməyə və effektivliyini təmin etməyə tam qadirdir. Azərbaycan dövləti ona lazımi dəstəyi verir və verəcək", - Həsənov əlavə edib.

Həsənovun sözlərinə görə, Azərbaycan bu gün yeritdiyi siyasətlə daim qonşuların və dünya dövlətlərinin etimadını qazanıb.

"Azərbaycan etibarlı tərəfdaş, etibarlı dost, sülhsevər ölkə kimi dünya dövlətləri sırasında layiqli yer tutub", - PA rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti