...

Azərbaycan Parlamentində təhsildə yaranan problemlər müzakirə edilib

Siyasət Materials 30 Sentyabr 2011 13:26 (UTC +04:00)
Məktəbli formalarını tək bir fabrik tikməli deyil. Trend-in məlumatına görə, bunu Milli Məclisin cümə günü keçirilən payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov millət vəkili Siyavuş Novruzovun məktəb formalarının alınmasında yaranan növbələr və problemlərlə bağlı qaldırdığı məsələyə münasibət bildirərkən deyib.
Azərbaycan Parlamentində təhsildə yaranan problemlər müzakirə edilib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev

Məktəbli formalarını tək bir fabrik tikməli deyil. Trend-in məlumatına görə, bunu Milli Məclisin cümə günü keçirilən payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov millət vəkili Siyavuş Novruzovun məktəb formalarının alınmasında yaranan növbələr və problemlərlə bağlı qaldırdığı məsələyə münasibət bildirərkən deyib.

Novruzov çıxışında onu da təklif edib ki, məktəbli geyiminin vahid nümunəsi cəmiyyətə təqdim olunsun və kim harada istəyir tikdirsin. Spiker isə qeyd edib ki, vahid məktəbli formasının əsas məqsədi şagirdlərin geyimində bərabərliliyi təmin etməkdir.

"Valideynlər özləri tikdirsə, formalar keyfiyyətcə biri-birindəın fərqlənəcək və məktəblərdə bəhsə-bəhs yaranacaq", - Əsədov deyib.

Parlamentdə həmçinin orta məktəblərə uşaqların qəbul olunmasında yaranan problemlərlə bağlı məsələ qaldırılıb.

"Milli Məclisdə qəbul olunan "Təhsil haqqında" qanunda qeyd olunur ki, məktəbə gedən uşaqlar uşaq baxçasından keçməlidirlər. Təhsil Nazirliyinin hesabatında isə qeyd olunur ki, yalnız 20 faiz uşaqlar uşaq baxçalarına cəlb oluna bilirlər. Müəyyən məktəblər isə bundan istifadə edir və uşaqların 1-ci sinifə qəbul edilməsində əngəl törədirlər", - Novruzov deyib.

Spiker Əsədov isə qeyd edib ki, "Təhsil haqqında" qanunda bu məsələ mütləq qaydada qoyulmayıb.

"Amma istənilən halda qanun qaydaya salınacaq", - Əsədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti