...

Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı dövrdən 30 yeni istehsal sahəsi yaradılıb

Siyasət Materials 21 Oktyabr 2011 15:30 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyi (MSN) fəaliyyətə başlayandan etibarən 30 yeni istehsal sahəsi yaradılıb.
Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı dövrdən 30 yeni istehsal sahəsi yaradılıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Hacıyev/

Müdafiə Sənayesi Nazirliyi (MSN) fəaliyyətə başlayandan etibarən 30 yeni istehsal sahəsi yaradılıb. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının MSN-dəki ərazi təşkilatının hesabat yığıncağında qeyd olunub.

Bildirilib ki, onlarla müdafiə təyinatlı silah, sursat və hərbi texnikanın istehsalı sahələri, eləcə də "Tökmə sahəsi", "Akkumulyator istehsalı sahəsi", "Atıcı silahların təmiri sahəsi", "Atıcı silahların utilizasiyası sahəsi", "Zirehli texnikaların modernləşdirilməsi, təmiri və sınağı sahələri", "Döyüş sursatlarının utilizasiyası sahəsi", "Hərbi avtomobillərin və tırtıllı zirehli texnikaların təmiri sahəsi" fəaliyyət göstərir.

2007-2011-ci illərdə nazirliyin 15 müəssisəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. 2010-cu ildə müdafiə təyinatlı məmulatların istehsal həcmi 2007-ci illə müqayisədə 10 dəfədən çox artıb.

2010-cu ildə Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulmuş müdafiə təyinatlı məmulatların yaradılması üzrə aparılmış işlər 2007-ci illə müqayisədə 5,3 dəfə artıb. 2006-cı ildə bütün məhsullar üzrə çeşidlərin sayı 175 olduğu halda, cari ildə bu say 600-ü ötüb. 2009-cu ildən bu günədək Müdafiə Sənayesi Nazirliyi yaratdığı və istehsal etdiyi məmulatlarla 10-dan çox beynəlxalq sərgidə iştirak edib.

Yığıncaqda MSN Ərazi İlk Partiya Təşkilatının sədri Vaqif Zeynalovun təşkilatın fəaliyyəti ilə bağlı hesabatı dinlənilib və hesabat yekdilliklə qənaətbəxş hesab edilib.

Yığıncaqda Ərazi İlk Partiya Təşkilatının beş nəfərdən ibarət idarə heyəti, YAP Yasamal rayon təşkilatının konfransına nümayəndələr seçilib və nazirliyin bir qrup gənc əməkdaşı Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilib.

Xəbər lenti

Xəbər lenti